Netanyahu Ərdoğana məsləhət verdi

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı HƏMAS hərəkatını dəstəkləməkdə ittiham edib.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, B. Netanyahu, həmçinin Türkiyə liderini ona mənəviyyat öyrətməməyi məsləhət görüb.

O bildirib: “Ərdoğan HƏMAS-ın ən böyük tərəfdarlarından biridir.

O, terror və qətliamın nə olduğunu şübhəsiz bilir. Ərdoğana bizə mənəviyyat öyrətməməyi məsləhət görürəm.

Xatırladaq ki, R. T. Ərdoğan İsraili terror dövləti, onun fələstinlilərə qarşı hərəkətlərini isə soyqırım adlandırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top