Gürcüstana ən çox azərbaycanlı turistlər səfər edib

2017-ci ildə Gürcüstana 6,5 milyon əcnəbi turist səfər edib və bu göstərici 2016-cı ildəki göstəricidən 20,2% çox olub. Yeniavaz.com Gürcüstanın Milli Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, qonşu ölkəyə səfər edənlərin 37,7%-i və ya 2 milyon 447 min nəfəri istirahət və əyləncə, 22,2%-i və ya 1 milyon 442 min nəfəri dost və ya qohumlara baş çəkmək, 18,1%-i və ya 1 milyon 173 min nəfəri digər ölkəyə tranzit keçid, 9,5%-i və ya 618,9 min nəfəri alış-veriş, 8,2% və ya 532,1 min nəfəri biznes, 2,7%-i və ya 175,5 min nəfəri müalicə və 1,4%-i və ya 93.6 min nəfəri isə digər məqsədlərlə Gürcüstana gedib.

Məlumat üçün qeyd edək ki, ötən il qonşu ölkəyə səfər edənlər arasında Azərbaycan vətəndaşları ilk sırada qərarlaşıb. Belə ki, ötən il Azərbaycandan Gürcüstana 967,6 min nəfər yollanıb. 2016-cı illə müqayisədə qonşu ölkəyə gedən Azərbaycan vətəndaşlarının sayı 22,5% artıb.

DİGƏR XƏBƏRLƏR

Top