İstanbulda 54 İŞİD-çi saxlanıldı

İstanbulda İŞİD terror qruplaşamasının fəaliyyəti ilə əlaqəsi olmaqda şübhəli bilinən 54 əcnəbi vətəndaş saxlanılıb.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İstanbulun 13 rayonunda İŞİD üzvlərinə reyd keçirilib.

Saxlanılanların hansı ölkə vətəndaşları olması açıqlanmır.

Qeyd edək ki, İŞİD-in yarandığı 2014-cü ildən bəri Türkiyədə İŞİD-lə əlaqəli olmaqda şübhəli bilinən 5 mindən çox nəfər saxlanılıb, 95 ölkədən gəlmiş 3200 əcnəbi deportasiya edilib.

Türkiyə təhlükəsizlik düşüncüsə ilə 38 mindən çox adamın ölkəyə girişinə icazə verməyib.

DİGƏR XƏBƏRLƏR

Top