ABŞ-dan daha bir qalmaqallı addım

Ötən gün Qəzza sektorunda İsrailin törətdiyi qətliamın ardından ABŞ BMT Təhlükəsizlik Şurasında zorakılıq hadisələrinin müstəqil araşdırılması ilə bağlı qətnaməni bloka alıb.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ağ ev ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə daşınmasına etiraz etmək üçün sərhəddə toplaşan fələstinlilər ilə İsrail ordusu arasındalı şiddət aksiyalarına görə HAMAS-ın məsuliyyət daşıdığını açıqlayıb.

Qeyd edək ki, ötən gün İsrail hərbçilərinin açdığı atəş nəticəsində Qəzza sektorunda həlak olanların sayı 59-a çatıb, 2770 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top