ABŞ səfirliklərinin mühafizəsi gücləndirilib: Terror riski var

Qəzzadakı hadisələrlə əlaqədar ABŞ-ın İordaniya, İsrail və Türkiyədəki səfirliklərində təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Bu barədə “NBC News” məlumat yayıb.

Telekanalın məlumatına görə, hər səfirliyin mühafizəsinə azı 10 hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı hərbçisi əlavə olunub.

ABŞ regionun digər ölkələrində olan diplomatik nümayəndəliklərinin də mühafizəsini gücləndirmək barədə düşünür.

Bu qərarın qəbul olunmasına səbəb Qəzzadakı qanlı toqquşmalar fonunda və ABŞ-ın səfirliyini Qüdsə köçürməsi ilə əlaqədar diplomatik missiyaya hücum risklərinin artmasıdır.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top