Türkiyədə iki təyyarə toqquşub FOTO

Türkiyənin Atatürk hava limanında “Airbus 721” tipli təyyarənin quyruğuna Cənubi Koreyanın “Air Asiana” şirkətinə məxsus təyyarənin qanadı çırpılıb.

Hadisə yerli vaxtla saat 18:00-da baş verib.

Qeyd olunur ki, Türkiyəyə məxsus təyyarənin göyərtəsində 236 sərnişin olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hər iki təyyarəyə ziyan dəyib.

(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top