Kirayə mənzillər ucuzlaşıb

Azərbaycanda mənzillərin kirayə haqqı 2018-ci ilin əvvəlindən ilk dəfə olaraq aprel ayı ərzində ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Aprel ayı ərzində mənzillərin kirayə haqqında əvvəlki ayla müqayisədə cəmi 0,2% azalma qeydə alınıb. Xatırladaq ki, yanvarda mənzil kirayəsində 0,1% bahalaşma olub, daha sonrakı iki ayda isə qiymət sabit qalıb. Rəsmi statistikaya əsasən, apreldə mənzillərin orta aylıq kirayə haqqı 95,2 manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top