Astarada 7 minə yaxın adam qəzalı körpüdən istifadə etmək məcburiyyətindədir - VİDEO

Astaranın ikinci ən böyük yaşayış məntəqəsi olan Şiəkaran kəndində 7 minə yaxın insan yaşayır. Əhalinin 70-80 %-i əkin torpaqlarında işləmək, örüş sahələrinə heyvanlarını aparmaq üçün Pensər çayı üzərindəki körpüdən istifadə edir. Körpü isə 10 ildən çoxdur ki, dayaqlarının qırılması nəticəsində qəzalı vəziyyətdədir.

Rayon Fövqəladə hallar komissiyasının sədri Allahverən Mahmudov bildirir ki, yaranmış vəziyyətdən xəbərdardır: “FHN-dən əməkdaşlar gəlib ora baxıb və bildiriblər ki, təhlükə yoxdur. Sadəcə, təmirə ehtiyac var. Bu da 2018-ci ilin sonuna qədər olacaq”. (arb tv)

korpu

DİGƏR XƏBƏRLƏR

Top