BMT-nin baş katibindən Qarabağ açıqlaması

BMT-nin baş katibi Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqiyə nail olunacağına ümid etdiyini bildirib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin Ermənistanın Baş naziri vəzifəsinə seçilməsi münasibətilə Nikol Paşinyana göndərdiyi təbrik məktubunda deyilir. A. Quterreş qeyd edib ki, BMT ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanmasına yönəlmiş səylərini qətiyyətlə və davamlı dəstəkləyir: “Ümid edirəm ki, sülh tənzimlənməsi prosesi üçün bu cür həssas dövrdə bu səylər böyük vüsət alacaq və davamlı sülhü bərqərar etməyə kömək edəcək və Cənubi Qafqaz xalqları üçün çiçəklənməni təmin edəcək müsbət nəticələrə gətirib çıxaracaq”.

DİGƏR XƏBƏRLƏR

Top