Ata oğlanları ilə birləşərək işıqforların mis hissələrini oğurlayıblar

Ata oğlanları ilə birləşərək həm özlərini, həm də ətrafdakı insanları təhlükəyə atan oğurluq ediblər. Onlar Yevlaxdan Ucara qədər bir neçə stansiyada quraşdırlan işıqforların drosser transfratorlarının mis hissələrini kəsib götürüblər. Ümumilikdə dəmiryol infrastrukturna 26 min manat ziyan vurublar. Əldə edilən qənimətləri isə özlərinə məxsus avtomobillə Ucar rayonunda satmağa nail olsalarda, növbəti qarət zamanı polisdən yayına bilməyiblər. Yevlax xətt polisinin keçirdiyi əməliyyat zamanı Ucar sakini Etibar Hüseynov ələ keçsədə oğlanları hadisə yerindən qaçıb. Saxlanılan 48 yaşlı Etibar Hüseynov əməlini etiraf edərək əldə etdikləri mis naqillərin bir qismini satdığını bildirib. O, qənimətləri müəyyən etmək üçün maqnitdən istifadə edərək daha sonra işə başladığını deyib. Yüksək gərginlik altında özünü və qatrada hərəkət edən insanları təhlükəyə ataraq törədiyi əməldən peşmançılıq hissi keçirdiyini də gizlətməyib. Faktla bağlı araşdırma aparılır. Oğurluğu törədən daha iki nəfərin axtarışları isə davam etdirilir.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top