“Nazirdən quzu iyi gələr...” - Hamı bu fotodan danışır

"Mən bu qədər ömür sürdüm, belə nazir görməmişdim. İnsan nə qədər sadə,nə qədər mədəni və geniş diapozonlu olar.” Bu sözləri Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədov deyib.

O, kənd təsərrüfatı naziri İnam Kərimovla Yalavanc kəndindəki görüşdən təəssüratını bölüşüb: "Mənə ürək-dirək verdi ki, heç nədən çəkinmə mal- qara və qoyun-quzunu artırın. Cənab nazirimiz İnam Kərimov fermərlərə hər cür dəstək olacağını da bildirdi. Quzunu qucağına alaraq nazirdən quzu iyi gələr dedi. Bizə baş üstə deməkdən savayı, başqa söz qalmadı”

Qeyd edək ki, sözügedən foto dünəndən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İ. Kərimovun fəaliyyətinə ucqar kəndlərə səfər etməklə başlamasını izləyicilər yüksək qiymətləndirib.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top