Ağstafada yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının xəbərinə görə, Ağstafa rayonu, Həsənsu kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 1 otaqlı evin tavanı 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.(APA)