Dani Alves Dünya Çempionatında oynamayacaq

Braziliyanın ən titullu futbolçusu olan Dani Alves Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə Dünya Çempionatında komandasına yardım edə bilməyəcək.

Bu barədə Braziliya milli yığmasının rəsmi səhifəsində məlumat yayılıb.

Onun yığma komandaya qatılmamasına səbəb bu yaxınlarda aldığı xəsarətlə əlaqədardı.

“Tibbi müayinələrdən sonra ekspertlər Alvesin dünya çempionatında iştirakının mümkünsüz olduğunu təsdiqləyib”, - deyə məlumatda qeyd olunur.

“PSJ”nin şərəfini qoruyan Alves Fransa kubokunun finalında ağır xəsarət almışdı.

Qeyd edək ki, 35 yaşlı “sambaçı” aprel ayında futbol tarixinin ən titullu oyunçusu olub.

Fransa kuboku müdafiəçinin aktivinə əlavə olunan 36-cı çempionluq tituludur.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top