İrəvanda etirazçılar avtomobil yolunu bağlayıb

İrəvanda etirazçılar Arşakunyats prospektini bağlayıblar.

Etiraz aksiyasına məhkəmənin "Sasna tsrer" silahlı qrupu üzvlərinin vəsatətinin təmin etməməsi səbəb olub.

Etirazçılar qrup üzvlərinin azad edilməsini tələb edir.

Qeyd edək ki, 2016-cı ilin iyulunda Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən "Sasna tsrer" silahlı qrupunun üzvləri iyulun 31-də polisə təslim olublar. Onlar Ermənistan prezidenti Serj Sarkisyanın istefa verməsini, həbsdə olan təşkilatın lideri və “Təsis parlamenti”nin sədri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. İki həftə davam edən qarşıdurma nəticəsində 3 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Silahlı qrup üzvləri barəsində məhkəmə prosesi 2017-ci il, iyunun 8-də başlayıb. Bir neçə nəfər artıq həbs cəzası alıb.(apa)

DİGƏR XƏBƏRLƏR

Top