Mingəçevirdə balıqların kütləvi qırılması ilə bağlı Nazirlik araşdırma başlatdı

Sosial şəbəkələrdə Mingəçevir su anbarında balıqların kütləvi şəkildə ölümünü əks etdirən video yayılıb.

Real TV xəbər verir ki, videonu çəkən şəxs qeyd edir ki, ovçular balıqları tutmaq üçün suda tor qurublar.

Nəticədə kürü tökməyə gələn balıqlar tora düşüb və yüzlərlə balıq məhv olub.

Ləpələr isə ölü balıqları sahilə çıxarıb.

Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sözçüsü İradə İbrahimova Real TV-yə bildirdi ki, hadisə barədə iki gün əvvəl xəbər tutublar.

“Bununla bağlı Nazirlikdə dərhal araşdırmalara başlanılıb. Hadisə yerinə Nazirliyin əməkdaşları cəlb olunub. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə geniş açıqlama veriləcək”, - deyə İradə İbrahimova qeyd edib.

(Real TV)

DİGƏR XƏBƏRLƏR

Top