Türkiyədə gecələr məzarlıqda hamını qorxudan kimdir? - FOTO+VİDEO

Təxminən 2 həftəyə yaxındır ki, Türkiyədə bu görüntülər gündəmi zəbt edib. Yeniavaz.com-un məlumatına görə, məsələ o qədər ciddiləşib ki, qardaş ölkənin qəzetləri və televiziyaları da bu mövzunu gündəmə gətiriblər.

Bildirilir ki, gecələr məzarlıqda görünən naməlum canlı insanları qorxuya salır, ancaq onun kim olduğu bilinmir. Əvvəl-əvvəl sosial şəbəkələrdə yayılan bu məlumatlara insanlar ciddi yanaşmasalar da, sonradan yayılan videolar hər kəsin diqqətini cəlb edib.

Hadisə Türkiyənin Çorum vilayətində Ulu Məzarlıq deyilən yerdə baş verib.

Şahidlərin sözlərinə görə, məzarlıqda bir qəbirin başında kimliyi məlum olmayan canlı danışıb ağlayır, lakin insanlar yaxınlaşan zaman yavaş-yavaş oradan qaranlığa doğru yoxa çıxır.

Türkiyə mətbuatının "gizemli kız" (sirli qız) adı verdiyi bu canlının kim olması ilə bağlı yeni iddia ortaya atılıb. "Hürriyet" qəzetinin xəbərinə görə, qəbiristanlıq nəzarətçilərinin gecələr apardığı müşahidələrdən sonra məlum olub ki, qara geyimli, qırmızı ayaqqabıları olan gənc qız gecələr məzarlığa gələrək Fatma Çiftçiyə aid qəbirin başında öz-özünə danışır və ağlayır.

Hətta həmin məzarın yaxınlığına kamera da quraşdırılıb. Kamera görüntüləri nəticəsində məlum olub ki, həmin qız aprelin 27, 28, 29-da da gecələr məzarlığa gəlib və öz-özünə danışaraq ağlayıb. Bunu görüb həyəcanlanan və fənərlə üzünü görmək istəyən insanlar gəldikdə isə, məzarlığın daha sıx və qaranlıq yerinə gedərək orada gizlənib.

Məzarlıq keşikçiləri onu qorxutmamaq üçün qəbirin üstünə "hər gecə bura gəlib niyə ağlayırsan, dərdin nədir, yardımçı olaq" yazılmış bir kağız da qoyublar. Amma "sirli qız" buna reaksiya verməyib.

Kamera görüntüləri nəticəsində aydın olub ki, mayın 1-də gecə həmin qız yenidən məzarlığa gəlib.

Nəhayət, söz-söhbət böyüyəndən sonra işə polis müdaxilə etməli olub. Məlum olub ki, həmin qız məzarlığın yaxınlığında yaşayan və ruhi problemləri olan bir şəxsdir. Onun yaşadığı ev məzarlığın lap yaxınlığında yerləşir deyə gəlişi çoxlarının diqqətini uzun müddət cəlb etməyibmiş. Qəzetin iddiasına görə, ruhi problemləri olan həmin qız Polis Şöbəsinə aparılaraq ifadəsi alınıb və yaxınlarına təhvil verilib. Ancaq Polis Şöbəsi bu qızın tapılmasını barədə rəsmi açıqlama yaymayıb.

Nicat

turkiye

DİGƏR XƏBƏRLƏR

Top