3 ildə Yəməndə 6 mindən çox adam həlak olub

2015-ci ilin martından bu günədək Yəməndə 6 385 nəfər həlak olub, 10 047 nəfər isə yaralanıb.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin İnsan haqları üzrə ali komissarın idarəsinin mətbuat katibi Ravina Şamdasani deyib.

Onun sözlərinə görə, təkcə aprel ayında ölkədə 236 dinc sakin həlak olub, 238 nəfər isə yaralanıb: “Ümumilikdə 474 mülki şəxs xəsarət alıb, bu da mart göstəricilərini iki dəfədən çox üstələyir. Martda dinc sakinlər arasında 180 nəfər xəsarət almışdı”.

DİGƏR XƏBƏRLƏR

Top