Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq, İctimaiyyət və Mətbuat Xidməti Departamentinin direktoru Elçin Qədimovun işdən çıxarılması barədə mətbuatda məlumat verilmişdi. Yeniavaz.com saytı xəbər verir ki, Elçin Qədimova Komitədə yeni vəzifə verilib.
Elçin Qədimov Yeniavaz.com-a açıqlamasında yeni təyinatı təsdiq edib: "Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayevin əmri ilə başqa bir işə keçirilmişəm. Hazırda Komitənin Mərkəzi Aparatında sektor müdiri vəzifəsində çalışıram".
Elçin Qədimov bu təyinata görə Komitənin yeni sədrinə təşəkkürünü bildirib: "Sağ olsun cənab sədr, gənclərə etimad göstərir. Mənə də etimad göstərdi və Komitənin Mərkəzi Aparatında sektor müdiri vəzifəsinə təyin elədi. Yeni işimdə də mənə göstərilən etimadı doğrultmağa çalışacağam".
Nicat