11 sentyabr 2001-ci il teror aktları qurbanlarına təzminat fondu xəsarət alanlara təqribən 3,7 milyard dollar ödəyib.
Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, təxminən 16,8 min nəfər fiziki və mənəvi zərərə görə kompensasiya alıb.
Onların arasında Ümundünya ticarət mərkəzinin qüllələrinin yaxınlığında yaşayan və işləyənlər də var.
Ümumilikdə kompensasiyaya görə fonda 35 min sorğu göndərilib.
Onlardan yalnız 19 mini əsaslı sayılıb.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də terrorçuların ələ keçirdiyi sərnişin təyyarələri Nyu-Yorkda Ümundünya ticarət mərkəzinin binasına və Vaşinqtonda Pentaqonun binasına çırpılıb. Nəticədə təxminən 3 min nəfər həlak olub.