"Eurovision"ın finalçıları bəlli oldu SİYAHI

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya beynəlxalq musiqi yarışmasının ikinci yarımfinalının qalibləri məlum olub.

Beynəlxalq musiqi yarışmasında iştirak edən 18 ölkədən 10-u finala çıxıb.

Bunlar: - Serbiya, Moldava, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya və Niderlanddır.

Rusiya, Rumıniya, Latviya, Polşa, San-Marino, Gürcüstan, Malta və Çernoqoriya yarışmada məğlub olublar.

Final yarışması mayın 12-də baş tutacaq. Son yarışmada həmçinin Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya və ev sahibi Portuqaliya iştirak edəcəklər. (Report)

DİGƏR XƏBƏRLƏR

Top