İŞİD-in ən çox axtarılan beş başçısı yaxalanıb


ABŞ xüsusi xidmət orqanları İŞİD qruplaşmasının ən çox axtarılan beş başçısını yaxalayıb. Bunu ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində açıqlayıb.

Mayın 9-da “The New York Times” qəzeti məlumatlı mənbəyə istinadən dörd iraq və bir suriya vətəndaşından ibarət beş İŞİD liderinin ələ keçdiyi xəbərini yaymışdı.

Mənbənin məlumatına görə, onların həbs olunması ilə yekunlaşan (ABŞ və İraq xüsusi xidmət orqanları tərəfindən aparılan) əməliyyat üç aya yaxın davam edib.

Terrorçu başçıların kimlikləri hələ ki, açıqlanmır.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top