Avtomobil 9 yaşlı yeniyetməni vurdu - SUMQAYITDA

Sumqayıt şəhərində 9 yaşlı yeniyetməni avtomobil vurub. Hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Yusif Elçin oğlu Əkbərovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Yeniyetmə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.(Report)

DİGƏR XƏBƏRLƏR

Top