
İsrail Hərbi Hava Qüvvələrinin Suriyaya raket zərbələri nəticəsində üç suriyalı hərbçi həlak olub, daha ikisi isə yaralanıb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya Silahlı Qüvvələri komandanlığının bəyanatında deyilir. Bildirilir ki, İsrail hücumu nəticəsində habelə radar sistemi, sursat anbarı və bir neçə qrup hava hücumundan müdafiə sistemi məhv edilib.
Tətbiqimizi yükləyə bilərsiniz