Etirazçılar Yerevanda mərkəzi küçələri bağlayıblar - YENİLƏNİB​

Nümayişçilər Yerevan şəhərinin meriyasının qarşısında küçələri bağlayıblar və mer Taron Markaryanın onlara yanına düşməsini tələb edirlər.

Bu barədə Ermənistan KİV-i xəbər verir.

Yolların bağlanması nəticəsində meydana gələn tıxaclarda diplomatik nömrələri olan avtomobillər də qalıb.

11:44***

Yerevan meriyasının binası qarşısında etiraz aksiyası keçirilir.

Etiraz aksiyasının iştirakçıları Ermənistan paytaxtının meri Taron Markaryanın istefasını tələb edirlər.

Etirazçılara Yerevan Ağsaqqallar Şurasında "Ərik ölkəsi" fraksiyasının rəhbəri Zarui Postancyan da qoşulub.

Tədbirin təşəbbüskarları aksiyanın baş nazir Nikol Paşinyan və onun komandası ilə heç bir əlaqəsinin olmadığını bildiriblər. (Report)

DİGƏR XƏBƏRLƏR

Top