Aviasiya dünyasında şok! Böyük satış ləğv edildi

ABŞ Prezidenti Donald Tramp, ölkəsinin İran ilə imzalanmış nüvə müqaviləsindən çıxdığını bəyan etməsinin ardından, "Boeing" və "Airbus" şirkətləri İrana 40 milyard dollarlıq təyyarə satış müqavilələrinin dayandırıldığını açıqlayıblar.

ABŞ-ın xəzinə naziri Steven Mnuchin də, "Boeing" və "Airbus"un, İran şirkətlərinə sərnişin təyyarələri satışı lisenziyalarının ləğv edildiyini bildirib.

2015-ci ilin İyul ayında İranın 6 ölkə ilə imzaladığı nüvə müqaviləsi qüvvəyə mindikdən sonra, 2016-ci ilin sonlarında, Obama rəhbərliyi, 1979-dan bəri Amerika embarqosu altındakı İrana təyyarə satışı üçün lisenziya vermişdi. Bu çərçivədə ABŞ-ın təyyarə istehsalçısı "Boing" və Fransanın təyyarə istehsalçısı "Airbus" İran ilə 40 milyard dollarlıq müqavilələr bağlamışdılar.

Təxminən 40 illik embarqo səbəbindən sərnişin təyyarəsi və təyyarə ehtiyat hissələri almayan İranda çoxdan muzeyə aparlması lazım olan sərnişin təyyarələri istifadə edilir. Bu səbəbdən tez-tez baş verən təyyarə qəzalarında çoxlu sayda insan ölür. Ötən illərdə İrana təyyarə satışları edilsəydi, Tehran, Dubay və Doha ilə rəqabət edə biləcək bir aviasiya mərkəzinə çevrilə bilərdi. (marja.az)

DİGƏR XƏBƏRLƏR

Top