Valideynləri sevdiyi qıza elçi getmədi - özünü bıçaqladı

Azərbaycanda valideynlərini elçiliyə göndərə bilməyən gənc özünü bıçaqlayıb.

Hadisə Bərdə rayonunun kəndlərindən birində qeydə alınıb.

Kənd sakini 1995-ci il təvəllüdlü N.C. intihar etmək məqsədi ilə qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həyatı xilas edilib.

Araşdırma zamanı onun valideynlərinin sevdiyi qıza elçi getməməsi səbəbindən intihar etmək istədiyi məlum olub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top