Azərbaycanda quzu əti ucuzlaşdı - SƏBƏB

Bakıda quzu ətinin qiymətinin ucuzlaşdığı bildirilir.

Təxminən bir neçə gün əvvəl 12 manatdan baha satılan quzu ətinin 1 kq-ı indi 11 manat, 11 manat 50 qəpiyə satılır. Söhbət çəkisi 12 kiloqrama qədər olan quzulardan gedir.

Qəssabxanaların qarşısına qiymətin düşməsi ilə bağlı artıq elanlar da vurulub.

Satıcıların dediklərinə görə, quzu ətinin qiymətinin enməsinə səbəb xüsusən bu aylarda bazara çıxarılan quzuların sayının çox olmasıdır. Satıcılar bildirirlər ki, çəkisi 12 kiloqramdan ağır olan heyvanların əti daha ucuz qiymətə satılır.

(Xəzərxəbər)

DİGƏR XƏBƏRLƏR

Top