Afrin əməliyyatı ilə bağlı paylaşımlar edən 11 nəfərin həbsi istənilir

Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi Afrin əməliyyatı ilə bağlı paylaşımlar etdiklərinə görə 11 siyasətçinin həbs edlməsi istənilir.

Yeniavaz.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onlar “xalqı kin və düşmənçiliyə birbaşa təhrik etməkdə” və “terror təşkilatının təbliğatını aparmaqda” ittiham olunurlar.

Həbs edilməsi istənilən siyasətçilər arasında qanun hökmlü fərmanla Kocaeli Universitetindəki vəzifəsindən ixrac edukən Xalqların Demokratik Konqresinin (HDK) həmsözçüsü professor doktor Onur Hamzaoğlu, Xalqların Demokratik Partiyasının (HDP) həmsədir Serpil Kemalbay və İnqilabçı Partiyanın sədri Musa Piroğlu da var. 11 siyasətçinin 8 ilədək həbs edilməsi üçün iddia qaldırılıb.

Prokurorluq O. Hamzaoğlunun evində tapılan kitabları cinayət dəlili hesab edib. Ankara Cümhuriyyət Baş Prokurorluğunun məlumatında deyilir ki, S. Kemalbay, HDK təmsilçiləri 2018-ci il fevralın 4-də “Afrin işğal təşəbbüsü” ilə əlaqədar mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında oxunan mətndə “Afrin Suriya sərhədi daxilində Rojavanın bir hissəsidir”, “Haradan atıldığı naməlum olab raketlər”, “Afrini işğal təşəbbüsünə son qoyulsun” kimi ifadələrə yol verilib.

Prokurorluq hesab edir ki, bu cür ifadələr Türkiyə Cümhuriyyətini birbaşa ittiham edir və “Zeytun budağı” əməliyyatını etibarsızlaşdırır. Açıqlama ilə PKK/KCK-ya dəstək verildiyinə, xalqı kin və düşmənçiliyə təhrik edildiyinə görə istintaq tədbirlərinə başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top