Həkimlər mənə "3 həftə ömrü qalıb, onunla evlənmə" demişdilər - FOTOLAR

Yaxşı dost dar gündə tanınar, əsl sevgi çətin gündə sınanar deyiblər. Çətin zamanlarda üzləşilən problemlərə sinə gərən zaman gerçək sevgi ortaya çıxır. ABŞ-ın Las-Veqas ştatında baş verən hadisə isə sözün həqiqi mənasında filmlərə ssenari ola bilər.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Rob Mooberry və Amanda Las-Veqasda bir oteldə çalışarkən tanış olublar.

Tanışlıqdan bir müddət sonra Rob Amandaya sevgi etirafı edib. Qarşı tərəf də hislərini gizlətməyib və onlar beləcə sevgi həyatı yaşamağa başlayıblar. Lakin bir müddət sonra Rob özünü hiss etməyə başlayır və qarnındakı ağrılardan əziyyət çəkir.

Amanda ilə tanışlıqdan 1 il sonra Rob təqribən 30 kiloqram çəki itirir.

Doktorlar Roba qan xərçəngi diaqnozu qoyurlar. Cərrahi əməliyyatdan sonra onun qarnından təxminən yumruq boyda şiş çıxarır.

Doktorlar Robun sadəcə bir neçə həftə yaşayacağını söyləyirlər.

Amanda: "Bir gecə xəstəxanada yatağının başında oturarkən Rob mənə "səninlə evlənmək istəyirəm" dedi. Ağlamağa başladım və "mən də evlənmək istəyirəm" dedim.

Doktorlar və yaxınları Amandanın bu qərarına etiraz edir və onu bu yoldan çəkindirməyə çalışırlar, ancaq alınmır. Rob kimya terapiyaya başlamadan bir neçə gün öncə evlənirlər.

Toydan sonra da Robun müalicəsi davam edir.

Ancaq gözlənilən olmur - Rob sağlamlır və yaşama davam edir.

Robun səhhəti yaxşılaşdıqdan sonra cütlük uşaq sahibi olmağa qərar verir. Lakin xəstəliyi ilə əlaqədar Robun ata olması mümkünsüz idi, odur ki, süni mayalanma yolu ilə övlad sahibi olmaq qərarı verirlər.

Amanda ilk hamiləliyində uşağını itirir, ancaq iknci hamiləlikdən 2016-cı ildə əkiz övladı dünyaya gəlir.

Amanda: "Belə bir şey ancaq filmlərdə olur. Həyatımız tamamilə dəyişib. Rob özünü çox yaxşı hiss edir. İnsan gərək heç vaxt ümidini itirməsin",-deyir...

Nicat

3 hafta ömrü kaldı evlenme dediler ama... İşte gerçek mucize!

3 hafta ömrü kaldı evlenme dediler ama... İşte gerçek mucize!

3 hafta ömrü kaldı evlenme dediler ama... İşte gerçek mucize!

3 hafta ömrü kaldı evlenme dediler ama... İşte gerçek mucize!

3 hafta ömrü kaldı evlenme dediler ama... İşte gerçek mucize!

3 hafta ömrü kaldı evlenme dediler ama... İşte gerçek mucize!

DİGƏR XƏBƏRLƏR

Top