“ATV”-nin aparıcısından kobud səhv: “Biz torpaqlarımızı işğal edəcəyik…”

Bu gün ATV telekanalının “ATV Səhər” proqramının aparıcısı canlı efirdə “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” arzusunu dilə gətirib.

Verilişin aparıcısı Lalə Azərtaş faşizm üzərində qələbə günü olan 9 may Qələbə gününün nəzərdə tutaraq belə deyib: “Azərbaycana hər zaman qələbə yaraşır. Gün gələcək, biz torpaqlarımızı işğal edəcəyik, və həmin 20 faizi də…ondan sonra əsl qələbə gününü bayram edəcəyik…”

Bu məqamda birbaşa efirdə səs bir neçə saniyəlik kəsilib, daha sonra aparıcı əvvəl buraxdığı kobud səhvə görə heç bir düzəliş etmədən Albert Eynşteynin şəxsi əşyalarının satışa çıxarılması barədə süjetin təqdimatına keçib.

(virtualaz.org)

atv

DİGƏR XƏBƏRLƏR

Top