Paşinyan Qarabağa gedib

Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, N. Paşinyan Dağlıq Qarabağdakı separatçı qurumun lideri Bako Saakyanla görüşüb.

Görüşdən sonra Paşinyanla Saakyan Xankəndidən Şuşa şəhərinə yollanıblar.

Ermənistanın baş nazirinin Xankəndi şəhərində mətbuat konfransı keçirəcəyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top