Bu ilin ilk rübünün nəticələrinə görə Azərbaycanda 2 milyon 648,1 min baş çamış, 1 milyon 290 min baş inək, 8 milyon 659,2 min baş qoyun və keçi, 5,3 min baş donuz olub.
Yeniavaz.com MDB Dövlətlərarası Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda çamışların sayı 0,8%, inəklərin sayı 0,8%, qoyun və keçilərin sayı 1,4% azalıb, donuzların sayı isə 17,5% artıb.
Məlumat üçün qeyd edək ki, MDB-yə üzv olan digər ölkələr ilə müqayisədə donuzların sayı Azərbaycanda dəfələrlə azdır. Müqayisə üçün qeyd edək ki, Ermənistanda donuzların sayı 291 min baş (son bir ildə 2,4% artıb), Rusiyada 24 milyon 7,5 min baş (5,2% artıb), Ukraynada 6 milyon 135,3 min baş (8,1% azalıb), Moldovada 394,3 min baş (5,6% azalıb), Qazaxıstanda 870,3 min baş (2,6% azalıb), Belarusda isə 3 milyon 70,8 min baş donuz (3,7% azalıb) olub.
Camışların sayına gəldikdə isə qeyd edək ki, Ermənistanda camışların sayı 674,3 min baş (son bir ildə 6,5% azalıb), Rusiyada 19 milyon 190 min baş (0,4% azalıb), Ukraynada 3 milyon 860,4 min baş (4,5% azalıb), Moldovada 165,5 min baş (9,6% azalıb), Tacikistanda 2 milyon 323,4 min baş (1,6% artıb), Özbəkistanda 12 milyon 240,1 min baş (2,4% artıb), Qazaxıstanda 7 milyon 613,9 min baş (4,8% artıb), Belarusda isə 4 milyon 393,8 min baş camış (0,6% artım) olub.
Qoyun və keçilərin sayı isə Ermənistanda 978,6 min baş (son bir ildə 7% azalıb), Rusiyada 25 milyon 231 min baş (1,9% azalıb), Ukraynada 1 milyon 515,8 min baş (4,1% azalıb), Moldovada 844,5 min baş (6,2% azalıb), Tacikistanda 5 milyon 727,2 min baş (1,7% artıb), Özbəkistanda 20 milyon 427,8 min baş (2,5% artıb), Qazaxıstanda 21 milyon 550 min baş (0,5% artıb), Belarusda isə 179,6 min baş qoyun və keçi (2,3% azalma) olub.
İnəklərin sayına gəldikdə isə bildirək ki, Ermənistanda inəklərin sayı 290,5 min baş (son bir ildə 0,8% azalıb), Rusiyada 8 milyon 261,8 min baş (0,6% azalıb), Ukraynada 2 milyon 23,7 min baş (4,3% azalıb), Moldovada 112,3 min baş (8,6% azalıb), Tacikistanda 1 milyon 204,4 min baş (2,8% artıb), Özbəkistanda 4 milyon 300,4 min baş (0,8% artıb), Qazaxıstanda 3 milyon 416,6 min baş (4,8% artıb), Belarusda isə 1 milyon 500,7 min baş inək (0,1% azalıb) olub.