Mingəçevirdə 9 may - Qələbə Günü qeyd olundu - FOTO

Bəşəriyyət üçün dəhşətli, fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu qələbə hər il olduğu kimi, bu il də böyük coşqu ilə qeyd edilir. 9 may Qələbə Günü münasibəti ilə mingəçevirlilər də şəhərin Qələbə meydanına toplaşıblar.

Qeyd edək ki, bu gün Mingəçevirdə 1941-1945-ci illərin müharibə iştirakçılarından cəmi 3 nəfər həyatdadır. Ötən il onlar 6 nəfər idi.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanları, şəhər ictimaiyyəti və mingəçevirlilər əvvəlcə veteranlarla görüşüb, onları təbrik ediblər. Daha sonra Qələbə meydanında ucaldılmış əzəmətli əsgər heykəlinin öününə gül dəstələri düzüblər. Daha sonra isə əsgərlərin, məktəblilərin iştirakı ilə hərbi parad keçirilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top