İran parlamentində ABŞ bayrağını yandırdılar


İran parlamentinin deputatları ABŞ Prezidenti Donald Trampın nüvə sazişindən çıxması haqqında qərarından sonra kağızdan düzəldilmiş Amerika bayrağını yandırıblar. Yeniavaz.com-un “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, deputatlar, həmçinin “Amerikaya ölüm” deyə qışqırıblar. Qeyd edilir ki, bu şüarı İran parlamentində tez-tez eşitmək olar. Xatırladaq ki, D. Tramp ötən gün Amerikanın İranla nüvə sazişindən çıxdığını bəyan edib. Onun sözlərinə görə, Vaşinqton İrana qarşı ən yüksək səviyyəli sanksiyalar tətbiq etmək niyyətindədir. İran isə öz növbəsində D. Trampın sazişdən çıxmaq qərarının qanunsuz adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top