İlk F-35 qırıcısının Türkiyəyə veriləcəyi tarix açıqlandı


ABŞ ilk F-35 qırıcı təyyarəsini bu il iyunun 21-də Türkiyəyə tədarük edəcək. Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Müdafiə sənayesi katibliyinin sədri İsmayıl Demir deyib. Onun sözlərinə görə, türk pilotları və texniki heyəti ABŞ-da təlim keçəcəklər: “Bir il sonra, 2019-cu ilin payızında təyyarələrimiz gəlməyə başlayacaq”. İ. Dəmir xatırladıb ki, Türkiyə F-35 qırıcı təyyarələrinin istehsalı üzrə proqramın 9 şərikindən biridir: “Türkiyə bu layihəyə sırf qoşulmaq üçün təxminən 1 milyard dollar pul verib. Potensial olaraq 100 ədəd təyyarə almağı planlaşdırmışıq”. Qeyd edək ki, amerikalı senatorlar F-35 təyyarələrinin Türkiyəyə satışını əngəlləməyə çalışırlar.

DİGƏR XƏBƏRLƏR

Top