Diaspor Komitəsində 5 vəzifəli şəxs işdən azad edildi​ - Yenilənib

Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub. Komitə sədri Fuad Muradovun əmri ilə qurumda yüksək vəzifə tutan 5 nəfər vəzifəsindən azad edilib. Digərlərinin isə ərizəsi alınıb.

Xatırladaq ki, Komitə sədri Fuad Muradov prezident İlham Əliyev diaspor işi ilə bağlı çox ciddi tapşırıqlar verdiyini deyib. O qeyd edib: "Demək olar ki, hər gün yeni istiqamətdə yanaşmalar, eyni zamanda, mütləq qaydada kadr dəyişiklikləri olacaq. Bu istiqamətdə ciddi işlərimiz gedir. Komitənin işində yeni istiqamətlər olmalıdır. Yeni kadrlar müxtəlif dilləri bilməlidirlər. Bu, çox vacibdir. Çünki bu gün bizim soydaşlarımız 100-dən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Bu gün elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın".

F.Muradov bildirib ki, diaspor işi tək xaricdə yaşayan azərbaycanlılarla bağlı deyil, həm də ölkəmizdə yaşayan əcnəbilərlə bağlı olmalıdır: "Bu sahədə ikitərəfli istiqamətlər olmalıdır. Bizim şüarımız ondan ibarətdir ki, Vətən uzaqda deyil. Çalışmalıyıq ki, komitəyə xaricdə yaşayan vətəndaşlarımızı cəlb edək. Onların içərisində elm adamları, biznesmenlər və yaxşı mütəxəssislər olmalıdır. Şübhəsiz ki, verilən tapşırıqlar dərhal yerinə yetiriləcək. Kimlər yeni tələbləri, yanaşmaları qəbul edəcəklərsə, onların hamısı işini davam etdirəcək".(Modern.az)

10:29***

"Cənab prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Mütləq qaydada kadr dəyişiklikləri olacaq". Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, bu istiqamətdə ciddi işlər aparılır: "Çalışırıq ki, komitənin işində yeni istiqamətlər olsun. Diaspor işi tək xaricdə yaşayan azərbaycalılarla deyil, həm də Azərbaycanda yaşayan xaricilərlə bağlı olmalıdır. Bu sahədə ikitərəfli istiqamətlər olmalıdır. Kadrlar müasir tələblərə cavab verməli, müxtəlif dilləri bilməlidirlər. Çünki bu gün bizim soydaşlarımız yüzdən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın. Bizim şüar ondan ibarətdir ki, vətən uzaqda deyil. Çalışmalıyıq ki, bura vətəndaşlarımızı cəlb edək. Onların içində elm adamları, biznesmenlər var. Bu, Azərbaycan üçün çox vacibdir. Şübhəsiz ki, verilən tapşırıqlar yerinə yetiriləcək. Kim yeni tələblərə uyğun olaraq yeni yanaşmaları qəbul edəcəksə, onlar hamısı işlərinə davam edəcəklər". (APA)

DİGƏR XƏBƏRLƏR

Top