"ABŞ İrana qarşı ən yüksək səviyyəli iqtisadi sanksiyalar tətbiq edəcək"

ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın vaxtlarda İrana qarşı sanksiyaların geri qaytarılması barədə sənəd imzalayacaq.

Onun sözlərinə görə, İran hökumətinin nüvə silahı əldə etməsini istəməyən digər ölkələr də ABŞ-ı dəstəkləyə bilər.

"Mən tezliklə İran rejiminə qarşı sanksiyaların geri qaytarılması barədə sərəncam imzalayacağam. Biz ən yüksək səviyyəli iqtisadi sanksiyalar tətbiq edəcəyik", — deyə Amerika lideri bildirib.

Tramp İrana qarşı geniş koalisiya yaradır

ABŞ prezidenti Donald Tramp ətrafına İrana qarşı koalisiya toplayır.

Bu barədə Ağ evin yaydığı bəyanatda deyilir.

"Prezident Tramp İranın nüvə silahına gedən bütün yollarını bağlayacaq və İran rejiminin zərərli fəaliyyətinə qarşı var gücü ilə müqavimət göstərəcək ölkələrdən ibarət geniş koalisiyasının yaradılması üzərində işləyəcək. Ölkələr İranın regional hegemonluğa yönəlmiş sabitliyi pozan cəhdlərinin qarşısını almaq üçün birgə işləməlidir", - deyə Ağ evin bəyanatında bildirilir.

Bundan əvvəl Tramp ölkəsinin İranla nüvə sövdələşməsindən çıxdığını bəyan edib.(Report)

DİGƏR XƏBƏRLƏR

Top