İsrail Trampı alqışladı, Avropa İttifaqı dəstəkləmədi

"İsrail ABŞ prezidenti Donald Trampın İranla bağlı nüvə sövdələşməsindən çıxmaq barədə qərarını tam dəstəkləyir".

Bunu yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu deyib.

O qeyd edib ki, İsrail Trampa bu tarixi qərarına görə təşəkkürünü bildirir.

Avropa İttifaqı isə nüvə sazişini qoruyacağını açıqlayıb.

Xatırladaq ki, 2015-ci il iyulun 14-də Vyanada İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair saziş imzalanmışdı. (Report)

DİGƏR XƏBƏRLƏR

Top