Son bir ildə Bakıda 4 min 825 nəfər öz işini itirib

Bu ilin yanvar-fevral aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 min 825 nəfər azalaraq 697 min 101 nəfər olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2018-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 1,1 faiz artaraq 745,7 manat olub.

Bakı şəhərinin ayrı-ayrl rayonlar üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əmək haqqı cür olub:

Bakının

rayonları

2018-ci ilin

yanvar-fevral aylarında muzdlu işçilərin sayı (nəfərlə)

2018-ci ilin

yanvar-fevral aylarında orta aylıq nominal əmək haqqı (manat)

Binəqədi

43 436

436,1

Xətai

62 840

748,3

Xəzər

30 120

664,1

Qaradağ

25 318

1 009,6

Nərimanov

65 114

506,1

Nəsimi

152 822

608,9

Nizami

42 829

645,6

Pirallahı

8 006

1 320,6

Sabunçu

27 159

473,9

Səbail

116 305

1 308,0

Suraxanı

19 453

553,7

Yasamal

103 699

662,4

DİGƏR XƏBƏRLƏR

Top