Pxenyan nüvə silahından imtina üçün şərt kəsdi

Rəsmi Pxenyana qarşı düşmənçilik siyasətindən əl çəkilərsə Şimali Koreyanın nüvə silahına ehtiyacı qalmayacaq. “Sinxua” agentliyi xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In Çin lideri Si Tzinpin ilə görüşdə bildirib.

“Müvafiq tərəflər düşmənçilik siyasəti və təhlükəsizliyimizə qarşı təhdidlərdən əl çəkərlərsə, Şimali Koreyanın nüvə silahına ehtiyacı qalmayacaq. Bundan sonra Koreya yarımadasının nüvəsizləşdirilməsi mümkün olacaq” – Kim Çen In bildirib.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top