İran bazara yeni neft sortu çıxartmaq istəyir


İran “West Karoun” neft sortunun kommersiya tədarükünə başlamağa hazırlaşır. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, yanacağın göndərilməsi may-iyun aylarında başlayacaq. İlk neft yükləri spot bazarında satılacaq, çünki sortun keyfiyyəti hələlik alıcılarda şübhə doğurur. İran “West Karoun” yatağından ilk dəfə neft satmır, orada hasilat il ərzində təqribən iki dəfə artaraq sutkada 300 min barelə çatıb. Lakin əvvəllər neftin bu sortunu təmiz şəkildə satmaq mümkün deyildi, çünki xüsusi ixrac terminalı hazır olmayıb. Qeyd edək ki, ABŞ-da İran neftinin tədarükünə embarqo hələ də qüvvədədir.

DİGƏR XƏBƏRLƏR

Top