Ekran qarşısında ən çox və ən az vaxt keçirən millətlər - Aİ-də

Avropa İttifaqı (Aİ) vətəndaşları gündə orta hesabla ekran qarşısında 2,5-3 saat vaxt keçirirlər. Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Statistika Ofisinin (Eurostat) araşdırmasında deyilir. 2008-2015-ci illəri əhatə edən araşdırma Aİ-nin 15 ölkə vətəndaşlarının televiziyaya baxmaq, oyun oynamaq kimi fəaliyyətlərlə ekran qarşısında nə qədər vaxt keçirdiyini hesablayıb. Araşdırma 20-74 yaş qrupunu əhatə edib. Ekran qarşısında ən çox vaxt keçirənlər yunanlar olub. Onlar 3 saatdan artıq müddət ərzində ekran qarşısında dayanırlar. Yunanların ardınca belçikalılar, finlər, ingilislər və macarlar gəlilər. İtalyanlar isə 1 saat 56 dəqiqə ilə Aİ ölkələri arasında ekran qarşısında ən az vaxt keçirən millət olub.

DİGƏR XƏBƏRLƏR

Top