Paşinyan: “Dağlıq Qarabağ” de-yure tanınacaq​

Ermənistan Baş naziri vəzifəsinə namizəd Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanla danışıqlar aparmağa hazırdır. Yeniavaz.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu N. Paşinyan ölkə parlamentinin xüsusi iclasında deyib.

O qeyd edib ki, başçılıq etdiyi hərəkat qondarma Dağlıq Qarabağ qurumuna təhlükə törətmir: “Əksinə onun qarşısında yeni imkanlar açır”.

N. Paşinyanın sözlərinə görə, inqilab qondarma qurumun öz müqəddəratını təyinetmə üzrə hüquqlarının reallaşdırılmasının de-yure tanınmasına gətirib çıxaracaq.

DİGƏR XƏBƏRLƏR

Top