Avtomobilə girən ilan sürücüyə çətin anlar yaşadıb - FOTOLAR

Avtomobili ilə Türkiyənin Konya şəhərindən yaşadığı Karamana qayıdarkən maşının şitindən başını çıxarıb üstünə atılmaq istəyən ilanı görən sürücü şok keçirib. Yeniavaz.com saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, sürücü özünü toparlamağı bacarıb və avtomobili yolun sağına çəkib.

Daha sonra həmin şəxs fövqəladə hallar işçilərinə zəng vurub. Lakin ilk cəhddə ilanı avtomobildən çıxarmaq mümkün olmayıb.

Daha sonra bələdiyyə işçiləri əraziyə gəliblər və gizlənmiş ilanı nə qədər axtarsalar da, tuta bilməyiblər.

Bu zaman ağsaqqallardan biri ilanın isti süd qoxusunu sevdiyini bildirib və təklif edib ki, avtomobilin içində bir yerə qabda isti süd qoyulsun, ilan mütləq gizləndiyi yerdən çıxıb ora gələcək. Bələdiyyə işçiləri onun dediyi kimi etsələr də, ilan gizləndiyi yerdən çıxmayıb.

Nəhayət, ilanın çıxmadığını görən sürücü və bələdiyyə işçiləri avtomobili elektrik ustasının yanına aparıblar. Usta ilanı çıxara bilmək üçün avtomobilin şit hissəsini söküb çıxarıb. İlan orada gizlənibmiş.

İlan həmin hissədən avtomobilin başqa bir tərəfinə qaçmaq istəsə də, onu tutmaq mümkün olub.

Təxminən 1 metr uzunluğunda olan ilan fövqəladə hallar işçiləri tərəfindən torbaya qoyularaq buraxılması üçün başqa bir əraziyə aparılıb.

Avtomobilin sürücüsü Harun Çetin 1 gün öncə piknikə getdiklərini və ilanın avtomobilə məhz orada girmiş ola biləcəyini deyib.

Otomobilde torpidodan kafasını çıkaran yılan korkuttu!

Otomobilde torpidodan kafasını çıkaran yılan korkuttu!

Otomobilde torpidodan kafasını çıkaran yılan korkuttu!

DİGƏR XƏBƏRLƏR

Top