Rəqsanənin qızının videolarını yaydığı baş həkim İŞDƏN ÇIXARILDI - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.

Onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənar qalacaq.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanənin qızı Aysun körpələr evindən oğurluq olması iddiası ilə bağlı görüntüləri sosial şəbəkədə yaymışdı.

(BAKU.WS)

reqsanenin qizi

DİGƏR XƏBƏRLƏR

Top