Bakı-Qazax yolunda ağır qəza - yaralılar var - YENİLƏNİB, FOTOLAR

Bakı-Qazax yolunda mikroavtobus minik avtomobili ilə toqquşub.

Hadisə Bakı-Qazax magistral yolunun Astafa rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax-Ağstafa marşrutu ilə işləyən mikroavtobusla “Opel” markalı avtomobilin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

(APA)

***

Bakı-Qazax yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Yeniavaz.com saytına hadisə şahidləri məlumat veriblər.

"Mercedes" markalı mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində yaralananların olduğu bildirilir.

Qəza nəticəsində "Mercedes" markalı avtomobilin ön hissəsi, minik avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Yaralılara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top