Almaniyada iki qatar toqquşub, ölənlər və yaralananlar var

Almaniyada yük və sərnişin qatarlarının toqquşması nəticəsində azı 14 nəfər xəsarət alıb. Bu barədə "Focus Online" polisə istinadən məlumat yayıb. Həkimlər yaralılardan 3-nün vəziyyətini ağır qiymətləndirir. Hazırda qəzanın səbəbləri araşdırılır. Qeyd edək ki, hadisə Bavariyada, Ayxax şəhərində baş verib. Qəza zamanı 2 nəfər ölüb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top