Bu gün Azərbaycan Güləş Federasiyasının binasında mətbuat konfransı keçirilib.
Konfransda əsas müzakirə mövzusu sərbəst güləşdə qazanılan rekord sayda - 8 medal olub.
Jurnalistlər önünə çıxan federasiyanın I vitse-prezidenti Firdovsi Umudov qazanılan qələbədə Azərbaycan prezidentinin güləşə verdiyi dəyərin böyük rolunun olduğunu önə çəkib:
“Yunan-Romada da daha çox qızıl medal qazana bilərdik. Murad Məmmədov təcrübəsizliyin qurbanı oldu. Rəsul Çunayevdə isə zədə amili çempion olmağa mane oldu. Sərbəst güləşdə Aleksandr Qostiyev, Tatyana Omelçenko və Nurməhəmməd Hacıyev də həlledici görüşlərdə müəyyən səhvlərə yol verdi”.
Rəsul Çunayevin Hərbçilərin dünya çempionatına aparılmasının mən də əleyhinəyəm. Çünki ona istirahət lazımdır. Çalışacağam ki, o başqa idmançı ilə əvəzlənsin", - deyə F.Umudov qeyd edib.
Umudov federasiyanın artıq maddi durumunun düzəlməkdə olduğunu qeyd edib:
“Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin ölkə başçısı ilə görüşü bu yöndə müsbət addımlar olacağını göstərir. Oğul istəyirəm ki, çətin vəziyyətdə medal qazansın. Tədricən çətin dönəmi arxada qoyuruq. Federasiyaya yeni rəhbərlik gələcəyi halda, məni bu postdan çıxarsalar da incimərəm. Əsas odur ki, maddi problemlər düzəlsin. Lazım gəlsə, işimi davam etdirərəm. Əks halda problem yoxdur. Fazil Məmmədovun da federasiya prezidenti postunda qalıb-qalmayacağı, Namiq Əliyevin federasiyaya qayıdacağı haqda isə heç nə deyə bilmərəm”.
(oxu.az)