DİQQƏT: Bu şəxsin yaxınları AXTARILIR - FOTO

Mayın 7-də Səbail rayonu ərazisindəki M.F.Axundov adına parkda bir nəfərin köməksiz vəziyyətdə olması barədə vətəndaşlar polisə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin (DİN) verilən məlumata görə, həmin şəxs polis əməkdaşları tərəfindən 9-cu Polis Bölməsinə gətirilib. Danışığı qüsurlu olduğu və heç nəyi xatırlamadığı üçün o, özü və yaxınları haqqında məlumat verə bilməyib.

Polis Bölməsində ona ilkin tibbi yardım göstərlib və F.Əfəndiyev adına 2 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.

Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, 437-02-02 (Səbail RPİ) və 492-02-02 (9-cu PB) nömrələrinə zəng vurmaları xahiş olunur.

(modern.az)

DİGƏR XƏBƏRLƏR

Top