İsraildə yapon Baş nazirə ayaqqabının içində şirniyyat verildi - FOTO

Yaponiyanın Baş naziri Şinzo Abe və həyat yoldaşı Akie İsrailə rəsmi səfər zamanı bu ölkənin Baş naziri Benyamin Netanyahu və xanımı Saranın evində şərəflərinə verilən axşam yeməyinə qonaq olublar.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, axşam yeməyi B. Netanyahunun Qüdsdəki evində təşkil olunub. Yemək zamanı Abe cütlüyünə ayaqqabının içində şirniyyat təqdim olunub.

Metaldan düzəldilmiş ayaqqabının içindəki şirniyyatı rus aşpaz SeqevMoşe hazırlayıb.

Adının açıqlanmasını istəməyən yapon diplomat Ş. Abenin həmin təqdimatdan narahat olduğunu diqqətə çatdırıb: “Dünyada stola ayaqqabının qoyulduğu heç bir mədəniyyət yoxdur. Burada nə demək istədildiyini tam başa düşmürük”.

DİGƏR XƏBƏRLƏR

Top